27 Dekabr 2024
Dünya futbolu

“Barselona”da Messi ŞOKu

“Betis”lə oyunda zədələnərək meydanı tərk edən Leonel Messinin zədəsi ciddidir.

Bu barədə “Barselona”nın baş məşqçisi  Xerardo Martino məlumat verib.

“Bunun Messinin əvvəlki zədəsi ilə heç bir əlaqəsi yoxdur.  Belə hadisələr hər futbolçunun başına gələ bilər. Qısa müddət ərzində futbolçu artəq 3-cü dəfədir ki, zədələnir. Həkimlərin qərarını gözləyirik.”

Qeyd edək ki, futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43