Dani Alveş karyerasını “Barselona”da davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu “Barselona”da qalmaq qərarına gəlib.
PSJ və “Milan”ın maraq dairəsində olan sağ cinah müdafiəçisi Kataloniya klubunun yeni təklifinə “hə” deyib. Yeni müqaviləyə görə, “sambaçı” 2017-ci ilin yayına qədər “Barselona”ya məxsus olacaq.
Qeyd edək ki, Dani Alveş “Barselona”ya 2008-ci ildə “Sevilya”dan keçmişdi.