“Everton”un yarımmüdafiəçisi Jerar Delofeu 2 ay futbolsuz qalacaq.
Bu gün Barselonada keçirilən tibbi müayinəyə əsasən futbolçuya 6-8 həftə müalicə kursu keçmək lazım olacağı məlum olub. Xatırladaq ki, futbolçu “Fulhem”lə oyunda dizaltı qığırdağını zədələyib.
Məlumat üçün onu da deyək ki, Delofeu “Barselona”ya məxsusdur və icarə əsasənda “Everton”da çıxış edir.