İspaniya Kral kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Valensiya”nı 7:0 hesabı ilə məğlub edən “Barselona”nın rəhbərliyi indidən final oyununu əzəli rəqibin – Madrid “Real”ının stadionunda keçirməyin yollarını axtarır.
İdmanxeber.com-un məlumatına görə, bu iddianı məşhur “AS” nəşri irəli sürüb.
Kataloniya təmsilçisi ötənilki final oyununu da “Santyaqo Bernabeu” stadionunda keçirmək istəmiş, ancaq “Real” rəhbərliyi həmin ərəfədə arenada təmir işlərinin aparılacağını əsas göstərərək razılıq verməmişdi. Nəticədə “Barselona” “Atletik”i (Bilbao) ö meydanında qəbul etmiş və 3:1 hesabı ilə qalib gəlmişdi.