27 Dekabr 2024
Dünya futbolu

“Barselona”nın prezidenti Kloppla görüşəcək

“Barselona”nın prezidenti Joan Laporta tezliklə “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşəcək.

İdmanxeber.az nüfuzlu AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Xavinin yerinə almaniyalı mütəxəssisi gətirmək istəyir.

Yanvarın 26-da təcrübəli çalışdırıcı 2023/24 mövsümünün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı.

56 yaşlı Klopp 2015-ci ildən “qırmızılar”ı çalışdırır. Onun rəhbərliyi altında “Liverpul” Premyer Liqa, İngiltərə Kuboku, Liqa Kuboku, Ölkə Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olmaqla 7 kubok qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43