Millimizin hücumçusunun Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin adı görüşün iştirak ərizəsinə salınmayıb. Bununla bağlı baş məşqçi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib:
“Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.
Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. “Yurqorden” hazırda 7 xalla liderdir.