“Bavariya” PSJ-də çıxış edən Nordi Mukieleni icarə əsasında heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu müqavilədə birdəfəlik satınalma bəndinin də olmağını istəyir. Paris klubu isə bu bəndin məcburi olmağını tələb edir. Tərəflər arasında danışıqlar davam edəcək.
Mukiele bu mövsüm 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.