“Bayer”in müdafiəçisi Conatan Tah komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçinin xidmətində “Bavariya” maraqlıdı. Leverkuzen təmsilçisi oyunçuya qarşılıq 40 milyon tələb edir.
Müdafiəçinin klubu ilə sözləşməsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Almaniyalı futbolçu Bundesliqada ötən mövsüm 4 qol və 1 məhsuldar ötürmə ilə oynayıb.