Kateqoriyasız

“Bazel” – “Qarabağ” matçının hakimləri açıqlandı

EFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək “Bazel” – “Qarabağ” matçının hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunu xorvatiyalı referi Fran Yoviç idarə edəcək.

Hrvoye Radiç və Luka Puşiç köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

“Sankt Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43