30 Sentyabr 2024
Kateqoriyasız

Bəhruz Şirəliyev yenidən “Rəvan”da

“Rəvan”ın idarəetməsində növbəti dəyişiklik baş verib. 

İdmanxeber.com-un məlumatına görə, Bəhruz Şirəliyev yenidən keçmiş vəzifəsinin icrasına başlayıb. O, əvvəlkitək vitse-prezident vəzifəsini yerinə etirir. Yeni baş məşqçinin tapılması və komandanın formalaşdırılması artıq onluqdu.

Şirəliyev ötən mövsümüiün əvvəlində klubdakı işinə ara vermişdi. I Divıizionda yarışacaq komandayla futbolu bilməyən istənilən şəxs məşğul ola bilərdi? Guya, burda nə iş vardı ki? Ancaq göründü ki, demə, varmış və xırda problemləri vaxtında apradan qaldırmayanda qarışqa dönüb fil olurmuş…

Keçmiş-yeni vitse-prezidentin “Rəvan”dan qovıulduğu yazılırdı mətbuatda həmin vaxt. Nuru Əliyevin onun qələmini birdəfəlik qırması iddia olunurdu. Bəziləri özlərindən Amerika kəşf etmək xəyalına düşdü, o isə “Nurgün” Şirkətlər Qrupunda önəmli vəzifələrin birinə irəli çəkildi. Şirkətin tikinti sektoru üzrə görəvləndirilmişdi.

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43