Dünya futbolu

“Belçikalı oyunçunu yaydan izləyirdim” – Elmar Baxşıyev

“Çox ağır oyun oldu. Görüşdən öncə zədəli və xəstə olan futbolçularımız var idi. Ümumən meydanda xarakter göstərdik. Marqlı və dinamik oyun oldu.”

İdmanxeber.az-ın məlumatına görə, bu szöləri “Qəbələ”nin baş məşqçisi Elmar Başıyev “Zirə” görüşü sonrası “CBC Sport”a açıqlamasında deyib. O, daha sonr abelə davam edib:

“Fasilədən sonrakı üç görüşdə də komanda oyun keyfiyyəti baxımından yaxşı çıxış edib. Qarşıdakı matçlarda daha yaxşı olacağımızı düşünürəm. Yeni futbolçumuz Ayub Allaş yaydan izlədiyimiz oyunçudur. Bizə çox faydalı olacaq. Əlavə transfer gözlənilmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43