Kateqoriyasız

Berti Foqts daha bir legioneri milliyə çağırdı

Avqustun 20-də Özbəkistanla yoxlama görüşü keçirəcək Azərbaycan millisinin heyətində daha bir legioner futboolçu görəcəyik. 

İdmanxeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, Berti Foqts milliyə daha bir türk dəvət edib.

Söhbət Emin Nuridən gedir.

1985-ci ildə Bolqarıstanın Karjali şəhərində doğulan Emin sonradan ailəsilə birlikdə İsveçrəyə köçüb. Emin bolqar türk sayılır. “Vaxjö Norra” klubunun yetirməsi olan Emin peşəkar karyerasına “Östers”də başlayıb. 2004-2008-ci illər arasında bu klubun heyətində 87 oyun  keçirmiş Nuri 3 qola imza atıb. Ampluaca müdafiəçi olan 29 yaşlı futbolçu 2008-ci ildən “Kalmar”da çıxış edir. İsveç klubunun heyətində 101 oyun keçirmiş Nuri qol vura bilməyib.

Emin 2006-cı ildə İsveçin U-21 yığma komandasının heyətində iki oyun da keçirib. Menecerlər tərəfindən Berti Foqtsa təklif edilən futbolçu Özbəkistanla oyunda meydana çıxa bilər. Məlumata görə, Foqts özü İsveçə səfər edərək “Kalmar”ın oyununu izləyib və məhz bundan sonra Eminin Azərbaycan millisində oynaya biləcəyini söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43