UEFA milli komandalar arasında yeni turnir keçirmək qərarına gəlib.
Yarış Millətlər Liqası adlanacaq.
Avropanın yığmaları FİFA reytinqinə əsasən 5 qrupa bölünəcək. Bu layihə 2016-cı ildən tez həyata keçirilməyəcək.
Millətlər Liqasında mübarizə milli çempionatlardakını xatırladacaq. Hər divizionda sonuncu olan aşağı dəstəyə yuvarlanacaq, ən yaxşısı isə daha yüksəyinə keçəcək.
16 komandanın yarışacağı turnirdə 5 qrup olacaq ki, bunların içərisində ən zəif qrup sonuncu – E qrupu olacaq.
A qrupu: İspaniya, Almaniya, İtaliya, Belçika, Hollandiya, Xorvatiya, Portuqaliya, Yunanıstan
B qrupu: İsveçrə, Rusiya, İngiltərə, Bosniya və Hersoqovina, İsveç, Danimarka, Fransa, Ukrayna
C qrupu: Monteneqro, Sloveniya, Macarıstan, Rumıniya, Çexiya, Norveç, Serbiya, Albaniya, Avstriya, Türkiyə, Uels, İslandiya, Ermənistan, Finlandiya, İrlandiya, Slovakiya
D qrupu: Şotlandiya, Bolqarıstan, Polşa, İsrail, Makedoniya, Belarus, Şimali İrlandiya, Estoniya, Gürcüstan, Azərbaycan, Litva, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Kipr
E qrupu: Malta, Lixtenşteyn, Farer adaları, Andora, San Marino, Cəbəllütariq.