Bosniya və Hersoqovinanın tanınmış məşqçilərindən biri olan Vahid Halilhociç Azərbaycandan təklif alıb.Bu barədə mütəxəssisin özü məlumat verib.
Hazırda Əlcəzair yığmasına başçılıq edən Halilhociçə yığmamızı çalışdırmaq təklif olunub: “Mən Ukrayna, Rusiya, Türkiyə və Azərbaycandan təkliflər almışam. Düşünürəm ki, son təklif heyrətamiz idi.
Ancaq maliyyə tərəfi mənim üçün bir o qədər də vacib deyil. Hazırda idman tərəfi mənim üçün daha vacibdir. Mən titullar qazanmaq istəyirəm”.