“Beşiktaş” İbrahim Toraman və yeni transferi Sezer Öztürkü heyətdən kənarlaşdırıb.
Bu haqda klubun saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın səhər məşqi zamanı iki futbolçu bir-biri ilə dalaşıb. Bu hal komandanın baş məşçqisi Slevan Biliçi qəzəbləndirib. Klub rəhbərliyinin də qərarı ilə hər iki futbolçunun qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırıldığı açıqlanıb.