Millimizin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” klubu gənc forvardla maraqlanır. “Beşiktaş” nümayəndələri “Qarabağ”ın rəsmiləri ilə görüşüb və 19 yaşlı hücumçu üçün təklifini bildirib.
“Beşiktaş”ı hazırda bir müddət “Qarabağ”da işləyən Öndər Karaveli çalışdırır. Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.
Musa Qurbanlı bu mövsüm Premyer Liqada 8 oyunda 4 qol vurub.