28 Dekabr 2024
Kateqoriyasız

“Beşiktaş”dan azərbaycanlı xərçəng xəstəsinə dəstək – FOTO

İstanbul Texniki Universitetində təhsil alan Azərbaycan vətəndaşı İbrahim Fərhadlı üçün yardım kampaniyası başladılıb. 

İdmanxeber.com-un məlumatına görə, sümük iliyi xərçəngindən əziyyət çəkən İ.Fərhadlıya “Beşiktaş” klubundan da dəstək gəlib.

Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları – Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik “Beşiktaş” futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.

"Beşiktaş"dan azərbaycanlı xərçəng xəstəsinə dəstək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43