Ölkə futbolu

BİABIRÇILIQ! Azərbaycan çempionatında futbolçular meydana çıxmaqdan imtina etdi, Ramin Musayev əl-ayağa düşdü

Bu gün futbol üzrə birinci divizionda keçirilməli olan "Turan T" – "Bakılı" matçının başlamasına az müddət qalsa da, Tovuz klubunun futbolçuları meydana çıxmaqdan imtina ediblər.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, bir neçə aydır ki, maaşları verilməyən "Turan T"nin futbolçuları boş vədə qarınlarının dolu olduğunu bildirərək, oyuna çıxmaqdan imtina ediblər. Hal-hazırda Tovuz klubunun üzvləri şəhərin mərkəzi parkında gəzişirlər. 

Məsələdən agah olan PFL prezidenti Ramin Musayev Tovuz klubunun prezidenti Namiq Məstənova zəng edərək, məsələni tez bir zamanda yoluna qoymasını əmr edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43