l Divizion

Birinci divizionda daha bir qalmaqal

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 25-ci turunun “Səbail” – “Şəmkir” matçında “Səbail”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 25-ci turunun “Energetik” – “Bakılı” matçında “Energetik”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

Matçın 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılmış və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunmuşdur. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim-inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsınlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43