Ölkə futbolu

“Bizə qarşı xüsusi hazırlaşmışdılar” – “Şamaxı”nın baş məşqçisi

“Çətin oyun oldu. Gəncə səfəri hər zaman elə olub. Bizə qarşı xüsusi hazırlamışdılar. Qələbə qazana biımədik. Bu oyun çox vacib idi. Heyif ki, bacarmadıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın  baş məşqçisi Vüqar Həsənli  “Kəpəz” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Mövsümün əvvəlində də belə başlamışdıq. Toparlanıb yenidən yolumuza davam edəcəyik. Qarşıda çox oyunlar var. Sonuncu sıralardan qurturulmalıyıq. Aşağı pillələrdə olmaq çox stress yaradır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43