28 Dekabr 2024
Dünya futbolu

Blatter özünü “yandırdı”

FİFA-nın prezidenti Yozef Blatter "Real"ın ulduz futbolçusu Ronaldo ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə üzr istəyib.

O, bununla əlaqədar Madrid klubunun prezidenti Florentino Perezə məktub yazıb.
"Mən sadəcə Messi kimi oğlum olmasını istəmişəm dedim. Ronaldo və Messi ikisi də fantastik futbolçulardır. İkisi də inanılmaz işlər bacarır və oyun tərzlərinə görə ən yaxşılardandırlar. Məqsədim əsla kimisə utandırmaq olmayıb. Nə "Real"ı, nə də Ronaldonu təhqir etmək istəməmişəm. Mən də uşaqlıqdan "Real"a azarkeşlik etmişəm.

Xatırladaq ki Blatter Ronaldo haqda belə demişdi: "O, oyunun baş təşkilatçısı, yəni komandiridir. Ancaq bərbərxanada çox vaxt keçirir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43