“Sabah” futbolçusu Şakir Seyidovu buraxmaq niyyətində deyil.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” və “Şamaxı” oyunçunun xidmətində maraqlı olub. Ancaq Bakı klubu hər iki tərəfə də “yox” cavabını verib.
Seyidov daha öncə Gəncə təmsilçisində çıxış edib.
Onlar “Sabah”da az forma şansı qazanan yarımmüdafiçini yenidən icarəyə götürmək istəsə də, rəhbərlik futbolçunu buraxmayıb.