Milli komanda

Bolqarıstanın müdafiəçisi: “Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”

Bolqarıstan yığmasının müdafiəçisi   Simeon Slavçev  millimizlə keçirəcəkləri  oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Bakcell Arena”da millimizin qonağı olacaq Bolqarıstan millisinin üzvü Slavçey matç haqqında bu sözləri deyib:

“Azərbaycanla oyuna hazırlıqlar yüksək səviyyədə gedir. Milli komandanın düşərgəsinə böyük ümidlərlə gəlmişəm. Komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəm. Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm. Əsas milli komandada oynamaq şərəfdir. Məncə, hər bir futbolçumuz səfərə yalnız qələbə üçün getdiyimizi dərk edir. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43