Milli komanda

“Qarabağ” azarkeşlərindən millimizə dəstək

Sentyabrın 9-unda "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Bolqarıstan oyununa "Qarabağ" klubunun azarkeş qrupu olan "Qarabağ Ultras"dan millimizə dəstək gəlib.

İdmanxeber.comun məlumatına görə, “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində millimizin Bolqarıstanla keçirəcəyi matçda "Qarabağ Ultras" azarkeş qrupu yığmamıza dəstək olmaq üçün tribunada yerlərini alacaqlar. Bunun üçün AFFA rəhbərliyi tərəfindən azərkeşlərə lazım olan sektordan biletlər ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43