Qazaxıstan yığmasının baş məşqçi postundan ayrılmış Stanimir Stoilov gələcək karyerası ilə bağlı açıqlama edib. Bolqarıstanlı mütəxəssis Azərbaycan millisində işləməyi istisna etməyib:
Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq tələsən yerim yoxdu. İşləmədiyim müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanacam. Çünki ora futbolun üst səviyyəsinədir. Orada texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq.
51 yaşlı mütəxəssis “Levski”, “Liteks”, “Anartosis”, “Botev”, “Astana” klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.