Leonardo Bonuççinin sabah İstanbulda olacağı gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” təcrübəli müdafiəçiylə 6 aylıq müqavilə imzalayacaq.
36 yaşlı oyunçu ötən ilin yayında qoşulduğu “Yunion”da (Berlin) cəmi 10 oyuna çıxa bilib. O, Avropa çempionatında İtaliya millisinin heyətində olmaq üçün daha çox oynaya biləcəyi kluba keçməyə üstünlük verib.