Müsahibə

“Böyük oyun” öncəsi:”Xəzər Lənkəran”ı gözümüzdə böyütmürük” – MÜSAHİBƏ

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin idmanxeber.com saytına müsahibəsi.

– Elvin, “Neftçi” son iki oyunda uğursuz çıxış edir. Superkubok matçından sonra “Simurq”u məğlub edə bilmədiniz. “Xəzər Lənkəran”a yenilgini hələ də unutmamısız?

Superkubokda Lənkəran klubu ilə iki fərqli hissə oynadıq. İlk hissədə onlıar, ikinci yarıda isə biz yaxşı oynadıq. Bu futbolda hər oyunda qazanacaqsan deyə bir şey yoxdu. Qaldı ki, “Simurq”la oyuna, düşünürəm ki, bu oyunda yaxşı oynadıq, sadəcə qol imkanlarından istifadə edə bilmədik. 

– Son 6 tur vəbir də Superkubok matçında meydana çıxmamısan. Səbəb nədi?

Bunu baş məşqçidən soruşsaz daha yaxşı olar.

– Tərlan Əhmədov dönəmində əsas heyətə düşməkdə çətinlik çəkirdin. Yenicə baş məşqçi təyin olunan Nazim Süleymanov da debüt oyunuda sənən güvənmədi. Bu “Neftçi”də yerini itirmisən anlamına gəlmir?

İnanıram ki, yaxşı olacaq. Mən öz şansımı gözləyirəm. Məşqlərdə həvəslə çalışıb, öz vaxtımı gözləyirəm. “Neftçi”də rəqabət güclüdü. Əvvəllər də olub ki, bir neçə tur oynamamışam, daha sonra isə yenidən start heyətində meydana çıxmışam. 

– Superkubokda “Xəzər Lənkəran”a yenildiniz. Bu gün isə qisas almaq üçün yaxşı şansınız var. Qisasınızın baş tutacaqmı?

Buna qisas demək olmaz. Oyundu, hər matçda necə, bu oyuna da elə çıxıb qələbə qazanmağa çalışacağıq. Başqa oyunlardan fərqləndirmirik. Çətin olacaq, ancaq qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. 

– Bu matç hər iki tərəfin azarkeşləri üçün çox önəmlidi. Belə çıxır ki, siz buna önəm vermirsiz…

Yox, elə deməzdim. Belə deyim, biz rəqibə hörmət edirik, ancaq onları gözümüzdə böyütmürük.

– Sabahkı matçda “Neftçi” azarkeşlərinə qələbə sözü verirsənmi?

İnşallah.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43