Premyer Liqa

“Böyük oyun”a nə qədər bilet satılıb?

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" oyununa maraq böyükdür.

İdmanxeber.com-un məlumatına görə, artıq dünən günortadan satışa çıxarılan biletlərin 2 mini satılıb. Bu barədə saytımıza "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O, əsasən biletlərin oyun günü satılıb qurtaracağını deyib.

Qeyd edək ki, avqustun 25-də , Lənkəran mərkəzi stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43