Məşqçilər Komitəsinin üzvləri Avrokubokda mübarizəni davam etdirən klublarımızın oyunlarını canlı izləyəcəklər.
İdmanxeber.com-un məlumatına görə, “İnter”in “Hafnarfyordur”la səfər görüşünə Böyükağa Hacıyev təyinat alıb. O, paytaxt klubu ilə birlikdə İslandiyaya yollanacaq. Serbiyada “Çukariçki” ilə üz-üzə gələcək “Qəbələ”nin səfər qarşılaşmasını Şakir Qəribov izləyəcək.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın “Rudar”la ev matçında isə komitənin digər üzvü Ağasəlim Mircavadov qeydlərini götürəcək.