”Bakı”nı çempionata buraxılması münasibəti ilə təbrik edirik. “Bakı” bir çox komandalara baş ağrısı olacaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəsis daha sonra sözlərinə belə davam edib:
Avroliqada rəqibimiz olan “Partizan”ın baş məşqçisi oyunumuzu stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdur. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdur”.