Premyer Liqanın 24-cü turunda "Neftçi" doğma meydanda "Qarabağ"a 4:1 hesabı ilə məğlub olub. Ev sahibi komandanın baş məşqçisi Böyükağa Hacıyevin oyun haqda fikirləri ilə sizi tanış edirik:
"Lənkərandan sonra 5 oyunda mudafiədə boşluqlar gördük. Artıq siz görürsüz ki, "Neftçi" PFL-in istədiyi "Neftçi"di. Ardıcıl məğlubiyyətlər… Onlara bu lazım idi".
"Lənkəranda eyni xətt oyunçularına qırmızı verdilər. Bu harda görülüb? Başqa vaxtı Xaqani Məmmədov ağızdolusu danışır. Həkimlər tibbi qurtaranda Hipokrata and içirlər, bizim hakimlər də Xəqani Məmmədovun canına and içirlər".