“Futbolda belə aksiom var: “Vurmayana vurarlar”. Əgər Melvin Platye əlinə düşən fürsətləri istifadə etsəydi, tam başqa cür olardı. Neynəyək ki, Kanalesimiz yoxdur. “Xəzər Lənkəran”la oyundan sonra heyətdə dəyişikliklər oldu, amma bu oyuna cüzi təsir etdi. Əgər Nfor öz mövqeyində o, əlinə düşən fürsətləri istifadə edəsiydi. Yolumuza davam edirik, növbəti oyunda bir-iki cəzalı futbolçumuz geri qayıdır, tam başqa oyun olacaq. Bugün Platyenin kötəyini yedik”
Bu sözləri “Bakı” ilə oyundan sonra Böyükağa Hacıyev bildirib. O, heyətdə cəzalı futbolçuların olmasının oyuna təsir etdiyini bildirib:
“Mən Nasimova 30 dəqiqə meydan verdim amma o, heç nə ilə yadda qalmadı. Platye epizodları axtarıb tapa bilidi, amma Nasimov bunu bacarmadı. Bu gün heyətdəki əkksikliklər öz sözünü dedi.