Amerika Kubokunun 1/4 final qarşılaşmasında Braziliya millisinin qapısına bərabərlik topunu vuran Paraqvay millisinin futbolçusu Derlis Qonzales qələbənin ardından üzücü xəbərlə sarsılıb.
İdmanxeber.com-un məlumatına görə, Braziliya millisinin qapısına penaltidən qol vuran Derlis Qonzalesin əmisi televiziyadan bu epizodu izləyib və həyəcandan vəfat edib.
Qeyd edək ki, Paraqvay millisi penaltilərdə Braziliya səddini keçə bilib.