Ölkə futbolu

Bruno Bertuççi üçün son 48 saat

"Neftçi"də Bruno Bertuççi məsələsində son nöqtə qoyulur.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ölkəsi Braziliyaya yollanan Bertuççinin bir müddət öncə vətəninə klub axtarmağa getdiyi yazılsa da, "solaxay" 2 günə Bakıda olacaq.

Məhz iki gün sonra Azərbaycana qayıdacaq braziliyalı futbolçu ilə bağlı yekun qərarı klubun yeni məşqçilər korpusu verəcək.

Bundan sonra Bertuççinin "Neftçi"də qalıb-qalmayacağı tam olaraq müəyyənləşəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43