Bolqarıstan yığmasının sabiq baş məşqçisi Stanimir Stoylov Avro-2016-nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq həmyerlilərinin şanslarını dəyərləndirib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis qarşıdakı matçla bağlı bunları deyib:
“Azərbaycan millisi ilə oyun çox çətin olacaq. Çünki seçmə mərhələnin ilk oyununda müəyyən çatışmazlıqlar hiss olunur.
Biz bilməliyik ki, Azərbaycan futboluna son vaxtlar böyük sərmayə qoyulur. Rəqib komandanın Berti Foqts kimi baş məşqçisi var. Hansı ki, o, uzun müddətdir Azərbaycan millisini çalışıdırır və komandası hazırda inkişafdadır. Rəqibimiz qrup liderləri arasında ola bilər. Ancaq onlar səfər oyunlarında xal itkiləri ilə üzləşəcəklər. Məncə, Azərbaycanla oyunda şanslı tərəf bizik. İnanıram ki, qalib gələcəyik. Azərbaycan millisindən daha çox xal ala bilərik”.