“Legiya”da çıxış edən Mahir Emreli karyerasını Çexiyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, belə bir iddia ilə Çexiyanın efotbal.cz saytı çıxış edib. Xəbərdə qeyd olunub ki, Mahirlə “Slaviya” (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib.
Əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək.
Qeyd edək ki, Mahirin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.