Dünyadan

Bu qol sevinci hər kəsi kədərləndirdi – mütləq izləyin – VİDEO

Rusiya I Divizionunda ötən gün baş tutan “Anji” – “Ximik” matçında hamını kədərləndirən hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, Mahaçkala klubunun 2:0-lıq qələbəsi ilə başa çatan matçda “Anji”nin bir qolunu İlya Maksimov vurub. Futbolçu vurduğu qolu formasını çıxardaraq ötən həftə dünyasını dəyişən 3 yaşlı qızına həsr edib.

Formanın altında geyindiyi makyanın üzərində dünyasını dəyişən uşağın fotosu və “sən həmişə mənim ürəyimdəsən” yazısı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43