Kateqoriyasız

Millimiz Gürcüstana qarşı

Bu gün Bakıda təşkil olunan UEFA-nın növbəti İnkişaf turnirinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, 16 yaşadək qadın futbolçulardan ibarət komandaların yarışında 4 yığma mübarizə aparacaq.

Azərbaycan millisi ilk sınağında Gürcüstanla qarşılaşacaq. “Bayıl Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Qeyd edək ki, digər görüşdə Yunanıstan və Qazaxıstan milliləri üz-üzə gələcək.

16 aprel

16:00. Azərbaycan – Gürcüstan

Bakı. Bayıl stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43