25 İyun 2026
Ölkə futbolu

Bu üç futbolçu Samir Abasovun qərarını gözləyir – bir həftəyə bəlli olacaq

“Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. “Ağ-qaralar” ötən ayın 25-dən məşqlərin birinci mərhələsinə start verib.

Baş məşqçi Samir Abasov rəhbərliyində haırlıqlarını davam etdirən komandada yaxın günlərdə bəzi futbolçular barəsində qərar veriləcək.

Təcrübəlli mütəxəssis hazırlığın ikinci mərhələsi – iyulun 14-dək üç oyunçu barədə rəhbərliyə konkret fikrini söyləyəcək. Söhbət Ağadadaş Salyanski, Murad Məmmədov və İsmayıl Zülfüqarlıdan gedir.

Onların “Neftçi”dəki aqibəti məhz bu tarixdən sonra bəlli olacaq. Abasov futbolçuların ilkin mərhələdəki performanslarına baxaraq, onlar barədə qərar verəcək. Oyunçuların icarəyə verilməsi də gündəmdədir. 

Hazırda Zülfürqalı, Salyanski və Məmmədov  Premyer Liqa klublarından təklifləri var. Onların növbəti mövsümə hansı klubda başlayacaqları yaxın vaxtda müəyyənləşəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43