Kateqoriyasız

“Bundan artığını edə bilməzdik” – De Byazi

“Üçüncü qola kimi oyunda qaldıq. İlk buraxdığımız qolda rəqibə özümüz ötürmə etdik. Üçünü qola kimi komanda mübarizə apardı. Fikirləşirəm ki, bundan artığını edə bilməzdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Lüksemburqa məğlubiyyəti şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Nəticəni qırağa qoysaq, komandanın oyununda inkişaf görə bilərik. Böyük bir şeyə nail olmaq istəyiriksə planlı işləməliyik.

Mənim rəhbərliyim altında komanda 19 oyun keçirib. Bugün bizim oynadığımız Lüksemburq bizdən daha güclüdür. Mən komandaya bütün gücümü verdim”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43