Kateqoriyasız

“Zirə”nin “qol silahı” millidə debüt etdi

Premyer Liqamızın bombardiri, “Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.

İdmanxeber.az-ın məlumatına görə, o, DÇ-2022-nin seçmə mərhələsində İsveçlə görüşdə debüt edib. Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə meydana daxil olub. Qarşılaşma gürcülərin qələbəsi ilə yekunlaşıb – 2:0.

Xatırladaq ki, Vpolkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43