“Çelsi”nin futbolçusu Maykl Essyen karyerasını İtaliyada davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçi “Milan”ın formasını geyinəcək. “Rassionerlər”in Essyenlə 1,5 illik müqavilə bağlayacağı deyilir.
Qeyd edək ki, təcrübəli oyunçu son mövsümü icarə əsasında “Real”da keçirmişdi.