“Çelsi”nin müdafiəçisi Yan Matsen karyerasını “Borussiya”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, dortmundlular 21 yaşlı hollandiyalını mövsümün sonuna qədər maaş ödəməklə icarəyə götürüb. Futbolçunun tezliklə tibbi müayinədən keçəcəyi gözlənilir.
Bu mövsüm Matsen 15 oyun keçirib və iki sarı vərəqə alıb.