Çempionlar Liqasında III mərhələyə adlayan “Qarabağ” bu raundda Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi macarları keçəcəyi halda pley-offda aşağıdakı bu 5 komandadan biri ilə qarşılaşacaq:
“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Kopenhagen” (Danimarka)
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi
Qeyd edək ki, “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi “Qarabağ”a potensial rəqib ola bilməyəcək.