Azərbaycan Super Kubokunun qalibi olan “Xəzər Lənkəran” artıq doğma şəhərinə dönüb. Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, şəhərin girişində və stadionda azarkeşləri tərəfindən coşqu ilə qarşılanan komanda ötən gün “Qarabağ”la oyunun hazırlığına start verib.
Səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən “Xəzər Lənkəran” Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım ərzində taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər.
Hazırda komandada yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu artıq ötən gündən fərdi məşqlərə başlayıb.
“Xəzər Lənkəran” bu gün “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq.