27 Dekabr 2024
Ölkə futbolu

Con Toşak: “Bu da Tounkaraya dərs olar”

"Bu gün güclü olan tərəf qalib gəldi. Düşünürəm ki, komandam qələbəyə layiq idi. İlk hissədən sonra hesabın 1:0 olması oyunun əsas göstəricisi deyildi. 2:0 olsaydı bu zaman başqa cür olacaqdı. Tounkaranın qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu. Bəzi dəyişikliklərdən sonra oyunu ələ ala bildik".

Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Superkubokda "Neftçi"ni (2:1) məğlub etdikləri oyun barədə danışan uelsli mütəxəssis hakimin qərarlarından narazı qalıb:

"Hakimin qərarlarını başa düşmədim. Belə qərar anlaşılmaz idi. Penlatinin verilməsi sonra ləğv olunması… Tounkaranın qırmızı vərəqə aldığı epizodu tam görməsəm də, bu da mənə qaranlıq gəldi. Yəqin rəqibin provokasiyasına uydu. Bu rəqib futbolçuların planı idi. . Komandanın göstərdiyi xarakter nəticəsində qalib gəldik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43