Dünyadan

Cüneyt Çakırdan biabırçı səhv – VİDEO

Türkiyənin və Avropanın ən yaxşı hakimlərindən hesab olunan Cüneyt Çakır verdiyi qərarla yenə də gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Çakırın “Rizəspor” – Osmanlıspor” oyununda verdiyi qərar bütün dünyada müzakirə olunur. Türkiyəli hakim bu qarşılaşmada verdiyi penalti qərarı ilə özünün biabır edib.
Qarşılaşmanın 67-ci dəqiqəsində “Osmanlıspor”un qapıçısı Yakob Yantşer cərimə meydançasından topu əli ilə uzaqlaşdırıb. Çakır isə dərhal penalti nöqtəsini göstərib. Ancaq “Rizəspor” bu penaltidən yararlana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43