"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, komandanın qapıçısı Vyakeslov Tomiç klub rəhbərliyinə getmək istədiyini bildirib. Cənub klubu isə xorvatiyalının bu qərarına qarşı gəlməyib və onunla yollar ayrılıb.
Yeni mövsümdən etibarən "ağ-yaşıllar"ın qapısını Orxan Sadıqlı və Tərlan Qasımzadə qoruyacaq. Hazırda "İnter"dən ayrılan Səlahət Ağayevlə danışıqlar gedir.