Danimarka yığma komandasını 1992-ci ildə İsveçdə təşkil olunan turnirdə Avropa çempionu edən baş məşqçi Riçard Möller Nielsen vəfat edib.
İdmanxeber.com-un məlumatına görə, səhhətində problemləri olan 76 yaşlı çalışdırıcı müalicə aldığı Odense xəstəxanasında həyata əbədi olaraq gözlərini yumub.
Qeyd edək ki, Nielsen Danimarka millisindən sonra Finlandiya və İsrail yığmalarını çalışdırmışdı.