Dünyadan

DÇ-2018 başladı

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının ilkin mərhələ oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk qarşılaşma Asiya zonasında keçirilib. FİFA-nın yeni üzvü Şərqi Timor doğma meydanda Monqolustanı qəbul edib.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. 

Bu gün daha 5 matç baş tutacaq. Kamboca Makaonu, Şri-Lanka Butanı, Tayvan Bruneyi, Hindistan Nepalı, Yəmən isə Pakistanı qəbul edəcək. Revanş oyunları martın 17-də baş tutacaq. Bundan sonra 6 qalib komanda 40 əsas yığma siyahısına düşəcək. Onlar isə hər biri 5 komandadan ibarət 8 qrupa bölünəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43